Giriş
Yaxşı təqdimat yalnız gözəl dizayndan ibarət deyil - o, fikri aydın şəkildə ötürməlidir. Aşağıda hər dərs tapşırığı, kurs işi və ya iş təqdimatı üçün istifadə edə biləcəyiniz 7 praktiki qaydanı toplamışıq. Yazının sonunda isə bu qaydaları Vira ilə necə sürətlə tətbiq edə biləcəyinizi addım-addım göstəririk.
1. Bir slayd, bir fikir
Hər slayd yalnız BİR əsas fikri daşımalıdır. Çoxlu məlumatı bir slayda sıxışdırmaq dinləyicinin diqqətini yayındırır. Fikir çoxdursa, əlavə slayd yaradın.
2. Mətndən çox, vizual
Slaydlar sizin natiqlik mətninizin təkrarı olmamalıdır - onlar dediklərinizi VİZUAL olaraq dəstəkləməlidir. Uzun cümlələr əvəzinə qısa başlıqlar, rəqəmlər və qrafiklərdən istifadə edin.
3. Aydın struktur
Hər təqdimat üç hissədən ibarət olmalıdır: giriş (nə haqqında danışacaqsınız), əsas hissə (dəlillər və nümunələr) və nəticə (əsas mesajın təkrarı). Dinləyici strukturu hiss etdikdə məzmunu daha yaxşı yadda saxlayır.
4. Rəng və şrift ardıcıllığı
Bütün təqdimat boyu eyni rəng palitrası və şrift ailəsindən istifadə edin. Qarışıq dizayn peşəkarlıq təsirini azaldır.
5. Rəqəmləri vizuallaşdırın
Cədvəl və rəqəmlər əvəzinə, mümkün olduqda qrafik və diaqramlardan istifadə edin - insan beyni vizual məlumatı mətndən daha sürətli emal edir.
6. Məşq edin, amma əzbərləməyin
Təqdimatı bir neçə dəfə səsli təkrarlayın, amma hər sözü əzbərləməyə çalışmayın - bu, təbii danışığınızı itirməyinizə səbəb olur. Slaydlar sizə "izləyici xəritəsi" rolunu oynamalıdır.
7. Vaxtınızı düzgün bölüşdürün
Ayrılan vaxtı əvvəlcədən slaydlar arasında bölüşdürün. Son slaydlara tələsik keçmək təqdimatın gücünü azaldır.
Bu məsləhətləri Vira ilə necə tətbiq etmək olar
Yuxarıdakı qaydaların çoxu vaxt aparır: strukturu qurmaq, hər slayda yalnız bir fikir yerləşdirmək, dizaynı əvvəldən sona ardıcıl saxlamaq. Vira bu hissəni süni intellektlə sürətləndirir, siz isə məzmuna və məşqə fokuslanırsınız. Proses belə görünür.
1. Mövzunu yazın. "Yarat" səhifəsində mövzunu adi cümlə ilə yazırsınız - məsələn, "Suyun bədənə təsiri haqqında slayd hazırla". Slayd sayını Vira-nın özünə həvalə edə və ya özünüz seçə, təqdimatın dilini təyin edə bilərsiniz. Hazır mühazirə qeydləriniz varsa, "Fayl əlavə et" ilə PDF və ya DOCX sənədi yükləyin - Vira təqdimatı həmin sənədin məzmunu əsasında qurur.
Mövzunu adi cümlə ilə yazmaq kifayətdir
2. Planı yoxlayın. Vira slaydları dərhal yaratmır - əvvəlcə təqdimatın planını təklif edir: hər slaydın başlığı və qısa məzmunu. Bu, 1-ci və 3-cü məsləhəti tətbiq etməyin ən asan yoludur: hər slaydda bir fikir olduğunu və giriş, əsas hissə, nəticə ardıcıllığını dizayna keçməzdən əvvəl görürsünüz. Slaydların yerini dəyişə, mətni düzəldə və ya yeni slayd əlavə edə bilərsiniz.
Plan redaktoru: strukturu slaydlar hazırlanmazdan əvvəl görürsünüz
3. Planı süni intellektlə təkmilləşdirin. Sağdakı AI köməkçiyə nə istədiyinizi adi dildə yazın, məsələn: "Slayd sayını artır, su ehtiyatlarının artırılması barədə də danış". Vira müvafiq slaydı planın düzgün yerinə əlavə edir. "Hekayə axınını gücləndir" və "Planı yığcam et" kimi hazır təkliflərlə strukturu bir kliklə də yaxşılaşdıra bilərsiniz.
AI köməkçiyə istədiyinizi yazın - plan ona uyğun yenilənir
4. Dizaynı Vira-ya həvalə edin. Plan hazır olanda "Davam et" düyməsinə basırsınız və Vira slaydları vahid dizaynla hazırlayır - bütün təqdimat boyu eyni şrift və rəng sistemi qorunur (4-cü məsləhət). Rəqəmləri redaktorda qrafik, infoqrafika və ya cədvələ çevirə bilərsiniz (5-ci məsləhət). Hazır təqdimatı PPTX və ya PDF kimi yükləyib məşqə keçirsiniz.
Nəticə
Bu prinsiplər sadədir, amma tətbiqi vaxt tələb edir. Vira ilə struktur və dizayn işini süni intellektə həvalə edib, özünüz yalnız məzmuna və natiqlik məşqinə diqqət yetirə bilərsiniz. Pulsuz hesab yaradın - Free planda yalnız ilk qeydiyyatda birdəfəlik 50 kredit verilir, bu da təxminən 25 slayd deməkdir. Aylıq pulsuz kredit verilmir.