Vira haqqında tez-tez verilən suallar
Təqdimat hazırlama, Vira Research, kreditlər, planlar və ödəniş haqqında ən çox soruşulan sualların cavabları.
Ümumi
Vira tələbələr üçün süni intellekt platformasıdır. Mövzunu yazırsan, Vira bir neçə dəqiqəyə strukturlaşdırılmış və redaktə olunan təqdimat hazırlayır. Vira Research isə suallarına internetdə axtarış edib mənbələrlə dəstəklənmiş cavab verir.
İlk növbədə universitet və məktəb tələbələri üçün: seminar, kurs işi, referat və buraxılış işinin müdafiəsi üçün təqdimatlar. Müəllimlər və tez-tez təqdimat hazırlayan mütəxəssislər də Vira-dan istifadə edir.
Xeyr. Vira brauzerdə işləyir — kompüterdə, planşetdə və telefonda. E-poçt ünvanı və ya Google hesabı ilə bir dəqiqəyə qeydiyyatdan keçə bilərsən.
Bəli, başlamaq pulsuzdur. Free planda yalnız ilk qeydiyyatda birdəfəlik 50 kredit verilir, bu da təxminən 25 slayd deməkdir. Aylıq pulsuz kredit verilmir. Kredit kartı tələb olunmur.
Təqdimatlar
Mövzunu yazırsan və ya sənədini yükləyirsən, slayd sayını və dili seçirsən. Vira əvvəlcə təqdimatın planını təklif edir, sən onu düzəldə bilərsən. Sonra şablon seçirsən və Vira slaydları hazırlayır.
Təqdimatı PPTX (PowerPoint) və PDF formatında yükləyə bilərsən. PPTX faylını PowerPoint-də, Keynote-da və ya Google Slides-da açıb redaktə etmək olur.
Bəli. Mühazirə qeydlərini, məqaləni və ya kurs işini PDF və ya DOCX kimi yüklə — Vira məzmunu oxuyub ondan təqdimat qurur.
Bəli. Slaydlardakı mətni və şəkilləri redaktə edə, istənilən slaydı süni intellektlə yenidən yazdıra bilərsən. Slaydın redaktəsi də kredit sərf edir.
Bəli. Təqdimatı Azərbaycan dilində hazırlaya bilərsən, generasiya zamanı başqa dil seçmək də mümkündür.
Vira Research
Vira Research Vira-nın araşdırma bölməsidir. Sualını internetdə real vaxtda axtarır, tapılan mənbələri təhlil edir və mənbə linkləri ilə birlikdə strukturlaşdırılmış cavab verir.
Hər cavabda istifadə olunan mənbələr göstərilir ki, özün yoxlaya biləsən. Akademik işlərdə vacib faktları həmişə mənbənin özündən oxuyub təsdiqləməyi tövsiyə edirik.
Kreditlər və ödəniş
Kredit Vira-da istifadə vahididir. Hər slayd 2 kredit sərf edir. Vira Research-də sərfiyyat cavabın uzunluğundan asılıdır: hər 1000 token üçün 1 kredit, qısa cavab adətən 1 kreditdir.
Free — 0 AZN, yalnız ilk qeydiyyatda birdəfəlik 50 kredit, aylıq pulsuz kredit verilmir. Plus — 9.90 AZN, 30 gün üçün 200 kredit. Pro — 19.90 AZN, 30 gün üçün 500 kredit. Semestr — 34.90 AZN, 90 gün üçün 1500 kredit. Pullu planlarda prioritet generasiya da var.
Bəli. Plan almadan istədiyin qədər kredit ala bilərsən: 1 AZN = 10 kredit. Alınmış kreditlərin bitmə tarixi yoxdur.
Hesabının Ayarlar bölməsində planı və ya kredit miqdarını seçib bank kartı ilə onlayn ödəniş edirsən. Ödəniş təsdiqlənən kimi kreditlər hesabına əlavə olunur.
Xeyr. Paketlər avtomatik yenilənmir və kartından təkrar ödəniş çıxılmır. Müddət bitəndə istəsən, paketi özün yeniləyirsən.
Hesabındakı kreditlər qalır və istifadə etməyə davam edə bilərsən. Yalnız prioritet generasiya dayanır. Paketi vaxtından əvvəl yeniləsən, yeni müddət cari bitmə tarixinin üzərinə gəlir.
Geri qaytarmanın şərtləri və müraciət qaydası Geri Qaytarma Siyasəti səhifəsində ətraflı yazılıb.
Referal linkinlə qeydiyyatdan keçən hər dost üçün həm sənə, həm də dostuna 10 kredit bonus verilir. Linkini hesabının Ayarlar bölməsində tapa bilərsən.
Hesab və məxfilik
Hansı məlumatların toplandığı, necə istifadə və qorunduğu Məxfilik Siyasəti səhifəsində ətraflı izah olunub.
Ən sürətli yol WhatsApp-dır: +994 77 308 76 77. Vira-dan gələn istənilən məktuba cavab yazaraq da bizimlə əlaqə saxlaya bilərsən.
Cavabını tapmadınız?
Komandamızla birbaşa əlaqə saxlayın, sualınıza cavab verək.