İstifadə Şərtləri

Bu şərtlər vira.softyu.org saytı və Vira platforması (aşağıda "Vira", "xidmət" və ya "biz") üçün keçərlidir.

Vira-dan istifadə etməzdən əvvəl bu İstifadə Şərtlərini diqqətlə oxuyun. Platformaya daxil olmaqla və ya istifadə etməklə bu şərtləri qəbul etmiş sayılırsınız.

Bu şərtlərlə razı deyilsinizsə, xidmətdən istifadə etməməyinizi xahiş edirik.

1. Xidmətin təsviri

Vira süni intellekt vasitəsilə təqdimat generasiyası (mövzudan slaydlara) və araşdırma/söhbət xidməti (Vira Research) təqdim edir. Xidmət kredit əsaslıdır: hər əməliyyat müəyyən sayda kredit tələb edir, planınız isə aldığınız kredit miqdarını müəyyən edir.

2. Hesab və kreditlər

Xidmətdən istifadə üçün hesab yaratmalısınız. Free planda yalnız ilk qeydiyyatda birdəfəlik 50 kredit verilir. Sonrakı aylarda pulsuz kredit verilmir. Plus və Pro planları müəyyən müddət üçün əlavə kredit təqdim edir - müddət bitdikdə plan yenilənməzsə hesab Free plana qayıdır.

Hesabınız və kreditləriniz şəxsidir, başqa istifadəçiyə ötürülə bilməz.

3. Ödəniş və plan yüksəltmə

Plan yüksəltmə tələbləri WhatsApp üzərindən əlaqələndirilir. Ödəniş təsdiqləndikdən sonra plan admin tərəfindən aktivləşdirilir və kreditlər hesabınıza əlavə olunur.

4. Geri qaytarma

Geri qaytarma şərtləri üçün Geri Qaytarma Siyasətimizə baxın.

Geri Qaytarma Siyasətinə bax

5. Zəmanət və məsuliyyət

Vira xidməti "olduğu kimi" təqdim olunur. Süni intellekt tərəfindən generasiya olunan məzmunun (təqdimat və ya araşdırma nəticəsi) dəqiqliyini yoxlamaq istifadəçinin məsuliyyətindədir - xüsusilə akademik və ya rəsmi istifadə üçün. Vira, generasiya olunan məzmundakı səhvlərə görə məsuliyyət daşımır.

6. Hesabın bağlanması

Vira, aşağıdakı hallarda əvvəlcədən xəbərdarlıq etmədən hesabı bloklaya və ya silə bilər:

  • Xidmətdən sui-istifadə (məsələn, avtomatlaşdırılmış sui-istifadə, sistemi yükləmə cəhdi)
  • Digər istifadəçilərə və ya komandaya qarşı təhqiramiz davranış
  • Hesabın icazəsiz paylaşılması və ya təhlükəsizlik pozuntusu
  • Qanunsuz məzmun yaratmaq üçün xidmətdən istifadə

7. Məxfilik

Məlumatlarınızın necə toplandığı və istifadə olunduğu haqqında ətraflı məlumat üçün Məxfilik Siyasətimizə baxın.

Məxfilik Siyasətini oxu
Sualınız var?

Bizimlə əlaqə saxlayın

İstifadə şərtləri ilə bağlı sualınız varsa, komandamızla əlaqə saxlaya bilərsiniz.